MÜHASİBAT 1C 7.7 VƏ YA 8.2


Mühasibat kursları
Dərslər Mühasibat uçotu haqqında Respublika qanunvericiliyinə uyğun Təlimata əsasən keçirilir. Təklif olunan kurslarda klassik mühasibat üzrə biliklərlə yanaşı siz həm də kompüterləşdirilmiş müasir mühasibat üzrə biliklərə də yiyələnə bilərsiniz.


Müəssisələrin mühasibat uçotu.
Özündə nəzəriyyə və təcrübəni birləşdirən mühasibat uçotu kurslarının müddəti 2 aydır.
Bu müddət ərzində sizə əsas hesablar, balansarxası hesablar, vergi xidməti (hesabatların elektron üsulla verilməsi), audit xidməti və bütün sənədləşdirmə işləri əyani sənədlər üzərində öyrədilir. Balansın tərtibi praktik şəkildə standart forma və kitablar üzrə həyata keçirilir.
Bundan sonra arzu edənlər 1C kompüter proqramını öyrənə bilərlər ki, bu da məzunlara mühasibat biliklərini tətbiq edərək daha sürətlə və daha dəqiq hesablamaq imkanı verir. Kursun müddəti 1 aydır. Ayliq ödəniş haqqı fərdi olaraq 70 AZNdir.


Beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq (kommersiya təşkilatları üçün) milli mühasibat uçotu standartları.
Mühasibat hesabları, vəsaitlərin uçotu, hesabatların tərtibi, vergilər və s. öyrədilir. Kursun müddəti 3 aydır. Ayliq ödəniş haqqı fərdi olaraq 150 AZNdir.


Sınaq dərsi
Hər yeni gələn tələbə üçün bizim mərkəzdə ən yaxşı seçim imkanı yaradılmışdır. İlk ödənışsiz dərslər məhz bunun üçündür ki, siz müəllimlə, onun məşğələ aparmaq texnika və metodikası ilə tanış olur, eləcə də, öz bilik səviyyənizi yoxlayıb müəyyən edə bilərsiniz. Sınaq dərsindən çıxan tələbə öz istəyindən asılı olaraq, ya qeydiyyatdan keçmək və ya digər müəllimlə sınaq dərsinə baş vurmaq haqqına sahib olur.

No comments:

Post a Comment