XARİCİ DİLLƏR

Xarici dillər:
Artıq neçə illərdir ki, biz isbat edirik ki, xarici dilləri öyrənə bilməyəcək insan yoxdur. ”Xarici
dil bir dəfə və ömürlük!”-bizim iş devizimiz belədir.
Siz hansı dilləri öyrənə bilərsiniz?
“Jalal-İ” dil mərkəzində sizə aşağıdakı dillər üzrə məşğələlər təklif olunur:

İngilis Alman
Ərəb Türk
Fransız Rus
İspan Cin
İtalyan Yahudi(ivrit)
Və digər respublikamızda populyar dillər.
Məşğələlər hər biri bir saat olmaqla, həftədə üç dəfə keçirilir. Ay ərzində 13-14 dərs keçirilir
(danışıq klubları xaric). Bir aylıq məşğələnin ödəniş qiyməti fərdi olaraq 60 manat, 2 nəfərdən
ibarət qrup halında 40 manat.Tələbələr pulsuz lazımi vəsaitlər, audio-video kassetlər, disklər, alt
yazılı dvdlər, oxu və qrammatika kitabları ilə təmin edilir. İlk sınaq dərsi ödənişsizdir.
“TOEFL”, “DAAD” proqramlaı ilə hazırlaşmaq xarici ölkələrin təhsil mərkəzlərinin qapılarını
Sizin
üzünüzə açır.

Danışıq klubu
Mərkəzin nəzdində 3 səviyyədən ibarət danışıq klubu fəaliyyət göstərir. Hər bazar günü Siz
ödənişsiz danışıq klublarında bu dildə danişan adamlarla müsahibələr yolu ilə öz dilinizi və
tələffüzünüzü daha da təkmilləşdirə bilərsiniz. Bazar günləri danışıq klublarında iştirak edə
bilməyən tələbələr üçün həftəiçi günlər də klublar təşkil olunub. Burada siz əcnəbilərlə, eləcə
də mərkəzin başqa tələbələri ilə ünsiyyət qura bilərsiniz. Klubların müxtəlif səviyyələrdə olması
onları daha maraqlı və eyni zamanda daha effektiv edir. Tələbələr burada yeni dostlar tapır,
vaxtlarını gözəl kecirməklə qalmayıb, həftə ərzində mənimsədikləri grammatik qaydaları, yeni
sözləri cümlələrdə istifadə edir, onları daha düzgün ifadə və tələffüz etəyi öynəyir.

Sınaq dərsi
Hər yeni gələn tələbə üçün bizim mərkəzdə ən yaxşı seçim imkanı yaradılmışdır. İlk ödənışsiz
dərslər məhz bunun üçündür ki, siz müəllimlə, onun məşğələ aparmaq texnika və metodikası ilə
tanış olur, eləcə də, öz bilik səviyyənizi yoxlayıb müəyyən edə bilərsiniz. Sınaq dərsindən çıxan
tələbə öz istəyindən asılı olaraq, ya qeydiyyatdan keçmək və ya digər müəllimlə sınaq dərsinə
baş vurmaq haqqına sahib olur.

No comments:

Post a Comment